“Beşiktaş”a çox önəmli qarşılaşmada məğlub olan “Fənərbağça”nın oyunçuları arasında dava düşüb. ANS PRESS-in “Habertürk”ə istinadən verdiyi məlumata görə, dəhlizdə Gökhan Gönül və Egemen arasında “Qolu sənə görə buraxdıq” iddiası ilə mübahisə başlayıb və tezliklə yumruq davasına çevrilib. Futbolçuları komanda yoldaşları ayırıb.
“Fənərbağça”nın baş məşqçisi Aykut Kocaman dəhlizdə və soyunma otağında dalaşan futbolçulara hirslənib.