Almaniya İsrailin baş naziri Benyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun barəsində həbs qərarı çıxarmasından sonra Almaniyaya gələcəyi təqdirdə həbs edəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolzun sözçüsü bildirib.
O vurğulayıb ki, Berlin məhkəmənin fundamental tərəfdarı olduğu və qanunlara hörmətlə yanaşacağı üçün Beynəlxalq Məhkəmənin mümkün qərarını yerinə yetirəcək.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Netanyahu, müdafiə naziri Yoav Qalant və HƏMAS liderləri üçün Qəzza zolağında “yeddi aylıq müharibə zamanı insanlığa qarşı cinayətlər və müharibə cinayətləri”nə görə həbsə order verilməsini istəyib.
Ayşən