Rusiya Dövlət Dumasına tezliklə Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin cinayət təqibinə məruz qalacaqları halda ekstradisiyasını qadağan edən layihə təqdim ediləcək.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn bildirib.
O əlavə edib ki, təşəbbüsün səbəbi kimi Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən əcnəbilərə Rusiya vətəndaşlığından imtina halları olub.