Türkiyədə evdən oğurluq edən “Qızlar dəstəsi” ələ keçirilib.
Lent.az bildirir ki, alış-verişə çıxan S.N.-nın İstanbul şəhəri Beşiktaşdakı evinə oğrular girib. Onlar evdən 300 dollar, 5 lari, 161 türkmən manatı və qızıl-zinəty əşyaları oğurlayıblar. Eyni dəstə növbəti dəfə də həmin evə girməyə çalışsalar da, bacarmayıblar.
Ev sahiblərinin polisə müraciəti nəticəsində oğurluq edənlərin kimlikləri müəyyənləşib. Onlar “Qızlar dəstəsi” adlı oğrular olduğu üzə çıxıb.
Onların hər biri ifadələri alınandan sonra məhkəmə qərarı ilə həbs edilib.