Birləşmiş Ştatların Nümayəndələr Palatası ABŞ-nin müttəfiqləri olan Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar, daha 8,12 milyard dollar isə Tayvan və Hind-Sakit okean regionuna gedəcək.
Bundan əlavə, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var.