“Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm”.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı “Həmin Zaur” verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək.
İfaçı aparıcı Zaur Kamalın “10 min versəm meyxana deməyəcəksən” sualına “Yox, bitdi” cavabını verib.
O.Lökbatanlı “Söz verirəm, Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm”, – deyə, əlavə edib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.