Nəfəs almaqda çətinlik çəkən məşhur müğənni Zeynep Bastık əməliyyat olunacaq.
Medianews.az xəbər verir ki, müğənni sözügedən məsələ ilə bağlı açıqlama verib.
“Burnumda ciddi şəkildə əyrilik var. Burnumun formasına heç bir şey olmayacaq, əməliyyat çox qısa olacaq”,-deyə Zeynep Bastık bildirib.
Müğənni sosial media hesabında paylaşım edərək ona dəstək olan izləyicilərinə də təşəkkür edib.
Medianews.az