Amerikalı alimlər aşkar ediblər ki, göz qırpmaq beynin yeni məlumatların qəbulu və görmə kəskinliyini qorumaq üçün “yenidən işə salınmasına” kömək edir.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında məlumat verilib.
Tədqiqatda müxtəlif kontrastlı şəkillərə baxmaq məcburiyyətində qalan 12 gənc iştirak edib. Eyni zamanda onların gözlərinin işləməsi xüsusi cihaz vasitəsilə izlənilib. Məlum olub ki, həm təsadüfi, həm də qəsdən göz qırpma hərəkəti vizual giriş siqnalının gücünü artırıb.
Alimlər onu da qeyd ediblər ki, göz qırpma zamanı həm də emal üçün beyinə daxil olan məlumatı yenidən formatlayır, beləliklə, zehni fəaliyyət daha səmərəli olur.
Medianews.az