“ABŞ-də növbəti iqtisadi böhran başlayanda dollar kəskin ucuzlaşmağa başlayacaq”.
Medianews.az xəbər verir ki, bu proqnozu məşhur rusiyalı iqtisadçı Valentin Katasonov səsləndirib.
Onun sözlərinə görə, elə bu məqamda, qiyməti dollara nisbətən kəskin qalxacaq yeganə aktiv qızıl olacaq.
Ekspertin fikrincə, yeni böhran zamanı onun dəyəri mütləq tarixi maksimuma çata bilər.
Üstəlik, ciddi iqtisadi sarsıntılar ABŞ tarixində sonuncu ola bilər. Çünki onun dayandığı dollar sistemi gələcək maliyyə apokalipsisindən sadəcə olaraq sağ çıxmaya bilər.
Onun konturları, bu gün böyük dövlət borcu və sürətlə artan inflyasiya şəklində artıq görünür. Dünyada iqtisadi vəziyyət pisləşdikcə qızıl ancaq bahalaşacaq”, – deyə ekspert bildirib.
Ayşən