Ötən əsrin ikinci yarısında Türkiyədə çəkilən filmdə Azərbaycanın üçrəngli bayrağı əks olunub.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetinin (BDU) müəllimi Səttar Rəhimli sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, 1967-ci ildə çəkilən filmin əsas süjet xəttini Azərbaycanı sovet işğalından qurtarmaq, müstəqilliyinə qovuşdurmaq uğrunda milliyyətçi gənclərin yetişdirilməsi təşkil edir.
Müqəddəs amal üçün təşkilatlanan gənclər üçrəngli Azərbaycan bayrağı üzərinə qoyulmuş “Qurani-Kərim”ə əl basaraq, bütün həyatını bu mübarizəyə həsr edəcəklərinə and içirlər.
Daha ətraflı videoda:
Lamiyə MİRZƏYEVA