Dağıstanda 16 yaşlı yeniyetmə onu polis bölməsinə aparan əməkdaşlarının birinə bıçaqla hücum edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, saxlanılan şəxs hətta xidməti silahı polisin cibindən götürmək istəyib. Lakin o, bunu edə bilməyib.
Polis əməkdaşı ciddi xəsarət almasada, qolu və çiyni zədələnib. İndi yeniyetmə barəsində hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi açılıb.
Medianews.az