Ecazkar rəqsləri ilə şou-biznesdə tanınan müğənni Nüşabə Musayeva bir müddət efirlərdən gələn dəvətlərdən imtina edib.
Medianews.az-a açıqlama verən Nüşabə Musayeva bunun səbəbini açıqlayıb.
“Qızım 8 aylıq hamilədir, tezliklə qız nənəsi olacağam. Türk vətəndaşı ilə ailə qurub, bilirsiniz, Türkiyəyə gedəcəyəm, son 9-cu ayı onun yanında olmaq istəyirəm. Ona görə efirlərə çıxmıram”, – deyə o qeyd edib.
O, sevincinin həddi-hüdudunun olmadığını bildirib.