Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi haqda məlumat vermişdik.
Medianews.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilib.
Qeyd olunub ki, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Şərifli küçəsi 25 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışı əsasında xüsusi mülkiyyətdə olan hasara alınmış torpaq sahəsinə baxış zamanı mülkiyyətçisi tərəfindən ərazidəki kolluqların kəsilməsi və onların yandırılması faktı aşkar olunub: “Aşkar olunan faktlarla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilib və hazırda müvafiq tədbirlərin görülməsi istiqamətində ərazidə araşdırmalar aparılır”.
13:06
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi bildirilir.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, ağacları qurutmaq üçün onların dibində ocaqlar da qalanır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda Dövlət Ekoliji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ərazidədirlər və araşdırma aparırlar.
Görüntüləri təqdim edirik: