Portuqaliyalı baş məşqçi Joze Mourinyo gələcəyi ilə bağlı danışıb.
Lent.az xəbər verir ki, 61 yaşlı mütəxəssis yanvarın ortalarında “Roma”dan ayrıldıqdan sonra işsiz qalıb.
“Mənim neçə təklifim var? Sıfır. Mən klubsuzam, azadam. Amma işləmək istəyirəm. Yayda işə qayıtmaq istəyirəm. Portuqaliyaya qayıda bilərəm. Heç vaxt heç vaxt deməyin, xüsusən də futbolda. Futbol mənim həyatımdır. İstənilən yerdə məşqçilik edə bilərəm, bununla bağlı heç bir problemim yoxdur”, – deyə Mourinyo bildirib.