“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.
Medianews.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.
14:16
“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.
Medianews.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, – deyə şöbə müdiri əlavə edib.
11:00
“Dualara görə hər kəsə təşəkkür edirəm, babatam”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə müalicə olunan və bir müddət öncə ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
Xatırladaq ki, sənətkar fevral ayının 5-də İstanbulda yerləşən xəstəxanalardan birinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
08:57
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.
Heydər Əliyev Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir.
Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.