Alimlər anadangəlmə eşitmə məhdudiyyətli olan uşaqları sağaltmaq üçün gen terapiyasından istifadə ediblər.
Oxu.az xəbər verir ki, tədqiqat Şanxaydakı (Çin) Fudan Universitetində aparılıb. Pasiyentlər OTOF (otoferlin) genindəki mutasiyaların səbəb olduğu otosomal resessiv karlığın spesifik formasından əziyyət çəkiblər. Bu gen səs siqnallarının qulaqdan beyinə ötürülməsi üçün zəruri olan eyniadlı zülalı kodlayır.
Terapiya üçün OTOF geninin işlək versiyasını daşıyan adeno-assosiativ virusdan (AAV) istifadə edilib. O, xüsusi cərrahi əməliyyatla xəstələrin qulaqlarına daxil edilib. Prosedur əvvəlcə siçanlar və insan olmayan primatlar üzərində sınaqdan keçirilib.