Bildirilib ki, İranın Məşhəd şəhərində 7 kiloqram çəkidə körpə doğulub.
TRT Haber-ə istinadən xəbər veririk ki, İran Dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının Ginekologiya və Doğum Mütəxəssisi Dr. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verdi.
Ramazanpur 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib.
İranın “ən ağır” Körpəsinin keysəriyyə əməliyyatı ilə doğulduğunu bildirən Dr. Ramazanpur bildirib ki, körpənin çəkisi anasının şəkər xəstəsi olması ilə əlaqədardır.
Körpənin ailənin 5-ci övladı olduğunu deyən iranlı həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.