Bir çox doğru proqnozları ilə dünyada tanınan görücü Vanqa 2023-cü ildə bir çox dəyişikliklərin olacağını bildirib.
Medianews.az “New York Post” qəzetinə istinadla xəbər verir ki, günün xəbərləri arasında Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı proqnozları da yer alıb.
Sözügedən xəbər qısa zamanda saytın ən çox oxunan xəbəri olub.
Vanqanın 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini bildirən qəzet Vanqanın “Asiya üzərində çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti baxımından şərh edib .
O bildirib ki, fövqəldövlətin istifadə edəcəyi silahla dünya həyatı təhlükə altına düşəcək.
Vanqanın yenidən gündəmə gəlməsinə səbəb Ukraynada dağılmış Kaxovka bəndidir. Bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Suların nəzarətsiz dağılması ilə nüvə fəlakətinin baş vermə ehtimalı artdı.
Baba Vanqa 2023-cü il üçün nüvə fəlakətindən başqa proqnozlar da verib. Vanqanın sözlərinə görə, bu il baş verəcək hadisə ilə əlaqədar yerin orbitində cüzi dəyişiklik olacaq.
Bu, qlobal istiləşməyə səbəb olacaq. Vanqanın 2023-cü ildə iqlimi sarsıdacaq güclü günəş fırtınasının baş verəcəyini bildirib.
Vanqanın sözlərinə görə, bu il inkişaf etdirilən texnologiya ilə uşaqlar süni bətndə doğulacaq.
Vanqanın təbii ki, özünü doğrultmayan proqnozları da var.
Onlardan biri ABŞ-ın 45-ci prezidentinin ölkəni yıxacağı idi, lakin Donald Trampdan sonra ABŞ hələ də super güc kimi dünyaya liderlik etməkdə davam edir.
Vanqa 2010-2014-cü illər arasında nüvə müharibəsi olacağını da bildirib. Lakin onun bu proqnozu özünü doğrultmadı.
Medianews.az