ABŞ- da evdə saxlanılan timsah Uolli qaçırılıb və səhvən təbiətə buraxılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, sahibi Coey Henniyə görə, Uolli aprelin 21-də qaçırılıb.
Oğurluq edən şəxs timsahı başqasının həyətində qoyub. Ehtimal ki, o, yerliləri qorxutmaq istəyib. İnsanlar Təbii Sərvətlər Departamentinə zəng vurdular. Hadisə yerinə gələn işçi Uolini digər 20 timsahla birlikdə bataqlığa buraxdı.
Timsahı tapmaq şansı indi “kiçikdir”, lakin Henni təslim olmaq fikrində deyil. Ev sahibi problemini sosial şəbəkədə paylaşıb və itirilmiş Uollini tapmaq üçün çoxlu təkliflər alıb.
Medianews.az