Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Arvadını başqa kişi ilə tutdu: “Evə çağırdım, çay içdik…”

ZARA
20/04/2023 05:09
69
BAXIŞ
FacebookTwitterTelegram

Neftçala rayonunda 1993-cü il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində həyat yoldaşı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə bu il yanvarın 3-də saat 23 radələrində Neftçala rayonunun qəsəbələrindən birində baş verib.

Daşqın birgə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə zamanı yumruqla arvadının üzünə, qayçı ilə isə sağ diz nahiyəsinə vurub.

İstintaq orqanı tərəfindən Daşqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qəsəbədə ailəsi ilə birlikdə yaşayır: “Ləmanla 2008-ci ildən evliyəm. Birgə nikahdan 2022-ci ildə oğlumuz dünyaya gəlib. Son zamanlar ailədə yola getmədiyimiz üçün aramızda dəfələrlə mübahisə və münaqişələr olub. Hətta boşanma həddinə çatmışıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl də, 21 noyabr 2022-ci ildə Ləmanla mübahisə zamanı onu döyüb: “Həmin vaxt Ləmanın şikayəti əsasında Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparıldı. Barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsi məhkəməyədək sadələşdirilmiş icraat materialı toplanaraq baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərildi. Məhkəmədə Ləmanla barışdığımız üçün məhkəmə tərəfindən işə xitam verildi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 31 dekabr 2022-ci ildə aralarında mübahisə olduğu üçün evdən çıxıb: “Həmin vaxtdan Neftçala şəhərində yaşayan bacımın evində qaldım. Ləman isə azyaşlı oğlumla birlikdə evdə tək qaldı.

Sonradan Ləmanın başqa bir şəxslə əlaqəsindən şübhələndiyim üçün onu izləməyə başladım. 3 yanvar 2023-cü ildə saat 22.30-da Ləmanla birgə yaşadığımız evə gəldim. Evdə Ləmanın Neftçala şəhər sakini kimi tanıdığım Elmin adlı şəxslə olduğunu gördüm. Mübahisə zamanı Elmin evdən çıxaraq oradan uzaqlaşdı. Yumruqla Ləmanın sifətinin sol nahiyəsinə, əlimdə olan qayçı ilə isə sağ diz nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Sonra isə qayçını cibimə qoyub evdən çıxdım. Əsəbi halda bacımın evinə getdim. Yolda gedərkən bacımın evinin yaxınlığında qayçını orada olan kanala tulladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə yaşadıqları evdə baş verib, Ləmana xəsarət yetirən zaman tək olub. O, əməlindən peşman olduğunu söyləyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, Daşqınla son zamanlar ailədə münaqişələri olub: “Bundan əvvəl də Daşqının məni döyərək xəsarət yetirməsi ilə bağlı Neftçala rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdim. Aparılan araşdırma nəticəsində Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açıldı. Məhkəmə iclasında Daşqınla barışdığım üçün məhkəmə tərəfindən sadələşdirilmiş icraat materialına xitam verildi”.

Zərərçəkmiş qeyd edib ki, sonradan Daşqınla yenə ailə həyatına davam etməyə başlasalar da, aralarında mübahisələri olduğu üçün ondan ayrılacağını qərarlaşdırıb: “Dekabrın 31-də Daşqınla aramızda mübahisələrimiz olduğu üçün evdən çıxdı. Həmin vaxtdan Neftçala şəhərində bacısının evində yaşadı”.

Ləmanın sözlərinə görə, Neftçala şəhər sakini Elmini uzun müddətdir tanıyır və sinif yoldaşı olublar: “Münasibətlərimiz çox yaxşı olub. Yanvarın 3-də mənə 100 manat lazım olduğu üçün ona zəng etdim, borc istədim. Saat 21.30-da Elmin yaşadığım evə gəldi. Küçə qapısından səsləndiyini eşitdim və bayıra çıxdım. Mənə 100 manat verdi. Dedi, nə vaxt imkanın olsa, qaytararsan. Mən də Elmini çay içmək üçün evə dəvət etdim. Evdə əyləşərək çay içdik.

Saat 22.30-da Daşqının evə daxil olduğunu gördüm. Mənimlə mübahisə etdi, Elmini evdən bayıra çıxardı, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Daşqın qəfildən yumruqla sifətimin sol nahiyəsinə bir dəfə vurdu, əlində olan qayçı ilə isə sağ diz nahiyəmə xəsarət yetirdi. Sonra qayçını da götürərək evdən bayıra çıxdı və harasa getdi.

Dizimin qanını saxlamaq üçün özümə ilkin tibbi yardım göstərdim. Səhəri gün dizimin şişdiyini və ağrılarının çoxaldığını gördüm, Neftçala rayon Mərkəzi Xəstəxanasına müayinə olunmaq üçün getdim. Həkimlər diz nahiyəmi müayinə etdilər, müalicə yazıb evə buraxdılar”.

Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Daşqın 1000 manat miqdarında cərimə olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Nardaran və Bakıxanovda əməliyyat keçirilib, 75 nəfər saxlanılıb

05/06/2023 15:42
export

Azərbaycanda qadını rüsvayedici məlumatlarla şantaj etdilər

05/06/2023 14:40
export

Əvvəlcə tanışını bıçaqladı, sonra arvadını öldürdü – Dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

05/06/2023 12:34
Flash

Məmur arvadını və ustanı öldürən kişidən xəbər var

03/06/2023 12:52
1-MANŞET

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı

03/06/2023 11:51
export

25 yaşlı tibb bacısının ölümü ilə bağlı ŞOK DETAL üzə çıxdı – Görüntülərini çəkib … (FOTO)

02/06/2023 14:09
SON XƏBƏR

Bakıda bina sakinləri niyə kütləvi şəkildə cərimə olunurlar? - VİDEO

French President Emmanuel Macron argues with a person opposed to the pension reform, in Selestat, eastern France, Wednesday, April 19, 2023. French President Emmanuel Macron said Monday April 17, 2023 that he heard people's anger over raising the retirement age from 62 to 64, but insisted that it was needed to keep the pension system afloat as the population ages. Emmanuel Macron is trying to repair the damage done to his public image and politics by forcing the pension plan through parliament last month. (Ludovic Marin, Pool via AP)

Makronu fitə basdılar

Narkotik satışı ilə öyünən idmançı necə öldürüldü? - VİDEO

Xəbər lenti

Müdir köməkçisi olan 35 yaşlı kişi məktub yazaraq ÖZÜNÜ ASDI

05/06/2023 16:54

Buzovları güllələyib çuxura atdılar – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

05/06/2023 16:49

İşə götürülmədikləri üçün bələdiyyə binasına hücum etdilər – VİDEO

05/06/2023 16:43

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40

ABŞ-da yaşayan qadın süni intellekt ilə yaratdığı adamla evləndi – FOTO

05/06/2023 16:29

“Get, əlini anana qaldır”

05/06/2023 16:23

Səfirliyin pulunu qumarda uduzan attaşe həbs olundu

05/06/2023 16:23

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sözçü təyin edilib

05/06/2023 16:10

Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək – Dövlət Proqramı

05/06/2023 16:06

Ceyhun Bayramovdan İranda saxlanılan tələbə ilə bağlı AÇIQLAMA

05/06/2023 15:51

Nardaran və Bakıxanovda əməliyyat keçirilib, 75 nəfər saxlanılıb

05/06/2023 15:42

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

05/06/2023 15:38

Ağdamda 25 yaşlı qız özünü asdı

05/06/2023 15:35

İlham Əliyevdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM

05/06/2023 15:33

İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

05/06/2023 15:26

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq”

05/06/2023 15:15

AzTV-nin solisti açıq-saçıq FOTOları ilə gündəm oldu

05/06/2023 15:00

Rusların agent şəbəkəsi ifşa edildi

05/06/2023 14:57

Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: “Xəstə uşağım var” adı ilə vətəndaşları belə aldadır – ŞOK FAKTLAR

05/06/2023 14:48

Azərbaycanda qadını rüsvayedici məlumatlarla şantaj etdilər

05/06/2023 14:40

Bu kəndə çəyirtkələr HÜCUM ETDİ – FOTOLAR

05/06/2023 14:36

Kişinin meyiti il yarım sonra evində tapıldı – Görənlər ŞOKA DÜŞDÜ

05/06/2023 14:32

Bakıda dəhşətli qəza – VİDEO

05/06/2023 14:07

“Məni boşasa da, sizi gəlib almayacaq”

05/06/2023 13:42

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.