“WhatsApp” mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə İngiltərədə qadağan oluna bilər.
Medianews.az xəbər verir ki, ana şirkət Meta-nın WhatsApp rəhbəri Will Cathcart , İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən “Onlayn Təhlükəsizlik Aktı” səbəbiylə Whatsapp-ı qadağan edə biləcəyini açıqladı .
Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı” tətbiqi hazırda xidmətdə mesajları qoruyan uçdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər.
Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, WhatsApp bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.
Başdan sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsizliyini təmin edir. Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir.
Lakin bəzi ölkələr, o cümlədən Böyük Britaniya, mesajların qeyri-qanuni məzmunu skan etməzdən əvvəl bunun zəiflədilməli olduğunu iddia edir.
Medianews.az