Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Məşhur modellə eşq yaşadı, Vüqar Biləcərinin ölümündə günahlandırıldı – FOTO

TURAN
05/03/2023 18:16
15.1k
BAXIŞ
FacebookTwitterTelegram

Medianews.az “kulis.az”a istinadən meyxanaçı Orxan Lökbatanlı haqqında maraqlı faktları təqdim edir.

Əslən İmişli rayonundan olan Əzimov Orxan Əzim oğlu 1987-ci il sentyabrın 9-da Bakı şəhərinin Lökbatan qəsəbəsində evin sonbeşiyi olaraq anadan olub.

***

1993-cü ildə Lökbatanda 106 saylı orta məktəbin 1-ci sinfinə gedib. O, 2001-ci ildən meyxana deməyə başlayıb. Ustadının Aydın Lökbatanlı olduğunu deyən Orxan 2004-cü ildə orta məktəbi başa vurub.

***

O, Azərbaycanda ən çox qadın azarkeşi olan meyxanaçılardan biri hesab olunur. Orxan Lökbatanlı müasir meyxanada qızıl dördlükdən biri hesab olunur.

O, 2004-cü və 2008-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De gəlsin” və “Sözüm Var” meyxana yarışmalarında iştirak edib. “De Gəlsin” realiti verilişində Ülvi Nəsirliyə məğlub olaraq yarışı dayandırıb və 4-cü yerə layiq görülüb.

***

Həmin il lökbatanlı meyxanasevərlərlə bir-birlərinə söz verirlər ki, “De gəlsin”ə qəbul edilsələr, Bakının mərkəzindən Lökbatana qədər piyada gedəcəklər. Qəbul olunandan sonra isə onlar bu vədə əməl ediblər.

***

Orxan “De gəlsin”dən sonra uzun illər çalışsa da, diqqəti cəlb edə bilməyib və meyxanaçını məşhurlaşdıran, ona pul qazandıran yeganə məkan olan toyxanalara ayaq açmağa çətinlik çəkib. Bu proses 2008-ci ilə qədər davam edib.

2008-ci ildə o, “De, gəlsin” layihəsində Vüqar Əbdülovun “Bizimkilər” komandası ilə Kərimin “Qara qartallar” komandasının qarşılaşmasında (“Bizimkilər” komandasında) diqqət çəkməyi bacarır. Bu yarışda Orxan çox uğurlu çıxışlar edir, yaddaqalan ev tapşırıqlarına imza atır.

***

Bundan sonra Orxanın uğurlar silsiləsi başlayır. Və bu uğurların təminatı olan toylarda ona tələbat artır.

***

Meyxana sənətini kişi sənəti hesab edən Orxan bu məsələyə aydınlıq gətirərək müsahibələrinin birində deyir:

“Mən bu barədə fikrimi bir neçə dəfə də efirdən demişəm, çoxlarının, elə, deyəsən, meyxanaçı Samirənin xətrinə dəymişdi. Ancaq mən yenə deyirəm ki, bu məsələyə normal baxmıram. Meyxana kişiyə məxsus sənətdir. Çünki bu sənətin içərisində deyişmə var. Çərçivəsində, hər şeyi qaydasında olan ədəbli deyişmədir. Amma bu deyişmənin içərisində əsəbdən, qəzəbdən, hirsdən adam bir-birinə hərdən elə söz deyir ki, biz kişi olaraq bunu qəbul edirik və cavabını da veririk. Məsələn, bir toyda, el şənliyində beş yüz nəfərin içərisində bir qadın çıxıb meyxana deyir, qarşı tərəf də ona cavab verir, sataşır, söz atır, deyişir. Mənim qanacağım imkan verməz ki, durum qadın xeylağına bu cür cavab verim. Toylar olan vaxtı Bakı kəndlərində meyxana həmişə toyların axırına qalıb. Saat 3, 4, 5-ə qədər çəkib. Toylar olan vaxtı mənim yadıma gəlmir ki, normal insanlar kimi saat 9-da, 10-da evə gəlim. Bunu tək mən yox, bütün meyxana deyənlər etiraf ediblər. Saat 4-ə, 5-ə qədər çəkən toyda qadının qalmağı düzgün deyil”.

Gəncliyində böyük bir sevgi yaşayan Orxanın bu məhəbbətinin nakam olduğu dildən dilə gəzir. Ancaq meyxanaçı özü bu haqda heç zaman danışmır.

2006-cı ildə o, Abbasova Səbinə ilə ailə qurub. Onun bu evlilikdən 2 övladı dünyaya gəlib. Ancaq bu evlilik 2010-cu ilədək davam edir. 2-ci ailə həyatı 2011-ci ildə Bağırova Kəmalə ilə olur, bu evlilikdən 1 övladı dünyaya gəlib və evlilik hələ də davam edir.

Bir neçə il əvvəl meyxanaçının model Aysu Bədəlzadə ilə eşq yaşadığı ilə bağlı xəbərlər mətbuatda yayılmağa başladı. Ancaq tanınmış meyxanaçı sözügedən xəbərin yalan olduğunu bildirərək, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirir.

***

Meyxanaçı dostu Rəşad Dağlı bugünkü meyxana aləminin tacı hesab edir. Ancaq dostları ilə münasibətlərində o, birmənalı qarşılanmayıb. Belə ki, meyxana aləmində, hətta Orxanın lap yaxın çevrəsində yaxın dostu Vüqar Biləcərinin ölümündə, daha doğrusu, onun pis vərdişlərə mübtəla olmasında Orxanı günahlandırıblar. Bu barədə meyxanaçı müsahibələrinin birində deyir:

“Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində paralic oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun ağır xəstəliyi vardı. Hər şey kənardan görsəndiyi kimi deyil. Bizim içimiz özümüzü, çölümüz özgəni yandırır. Aydın öləndən sonra hərə bir söz danışdı. Biri dedi, Aydını filankəs narkotikaya oturdub, digəri dedi, Aydının evini filankəs yıxdı və s. Bilirsiniz, heç kim heç kimə nəyisə məcbur elətdirə bilməz. Mən Vüqarı neçə illərdi tanıyırdım. O, elə düşüncənin, ağılın, imanın sahibi deyildi ki, kimsə nəyəsə məcbur etsin. Cəsarətli oğlan idi. Heç kim istəməzdi Vüqar ölsün. Mən bu barədə pis danışan insanlara demək istəyirəm ki, Vüqarın dünyadan getməsi mənim qanadımın birinin qırılması demək idi. Mən bu cür sözlər danışan adamlara insafdan, vicdandan bixəbər olanlar deyirəm. Çünki hər şeydən əvvəl mən bir dost itirmişəm. Meyxananı da bir kənara qoyuram. Dərdim, problemim olanda atamla yox, Vüqarla məsləhətləşmişəm. İndi Vüqarın ölməyi sizcə mənə sərf edər? Görün nə qədər amansız insanlar var. Bu söhbətlər mənim özümə də gəlib çatıb. Tək mənim yox, bir neçə meyxanaçının adı hallanıb bu söhbətlərdə. Amma inanın, hamısı boş söhbətlərdir”.

DAHA ÇOX OXU

export

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52
1-MANŞET

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29
1-MANŞET

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48
Cəmiyyət

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33
export

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16
1-MANŞET

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00
SON XƏBƏR

5-ci kolona xidmət edən zootexnik

Dağılan binalarla bağlı 247 nəfər saxlanıldı

Silahlı erməni terrorçular legitim hədəfdir: Laçın yoluna nəzarət qaçılmazdır

Xəbər lenti

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb

30/03/2023 18:46

“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək

30/03/2023 18:28

Tanınmış aktrisadan ETİRAF: “İstədiyim rolları vermədilər, sektordan da qovdular” – FOTO

30/03/2023 18:07

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

30/03/2023 17:55

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.