Kahramanmaraşda 10 şəhərə təsir edən zəlzələ Hatayda da həyatı dayandırıb. Dağılmış binanın dağıntıları arasında həyat üçbucağı sayəsində sağ qalan 4 uşaq 3 saat ərzində vətəndaşlar tərəfindən xilas edilib.
Medianews.az xəbər verir ki, xilasetmə zamanı həm zəlzələdən zərərçəkənlər, həm də onları xilas edən vətəndaşlar göz yaşlarını saxlaya bilməyiblər.
Vətəndaşlar ağlayaraq xilasetmə işlərinə qoşulub. Davamlı dua edən vətəndaşlar, “Ya Rəbbim, Allaha şükürlər olsun. Allah kömək olsun” deyiblər.
Uşaqlar bir-bir dağıntılar altından çıxarılarkən onların səhhətinin yaxşı olduğu qeyd edilib.