Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçə sərt ismarıc göndərib.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, AK Partiya Qrup toplantısında Türkiyə prezidenti İsveçə cəhdlərinin heç bir nəticə verməyəcəyini bəyan edib:
“İsveç, narahat olma. Nə qədər ki, mənim müqəddəs kitabım olan Quranın yandırılmasına və cırılmasına icazə verərsən, girişinə “hə” deməyəcəyik. Finlandiyaya isə münasibətimiz müsbətdir, lakin İsveçlə bağlı deyil”- deyə ifadə edib.
Mehin Mehmanqızı
Medianews.az