ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Ukrayna-Rusiya müharibəsi ilə bağlı yeni açıqlamalar verib.
Medianews.az xəbər verir ki, “Ukraynada münaqişənin daha altı aydan bir ilə qədər davam etməsi ABŞ hərbi-sənaye kompleksi (MİK) üçün problem olacaq”,-ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro bildirib.
Nazirin mətbuat xidmətinin məlumatına görə, Münaqişə altı aydan bir ilə qədər davam edərsə, bu, mütləq təchizat zəncirində problemlər yaradacaq.
Del Toro bildirib ki, Müdafiə Nazirliyi hərbi-sənaye kompleksinin problemlərinin nədən ibarət olduğunu və istehsal sayını necə artıracağını anlamaq üçün sənaye ilə “çox, çox yaxından” işləyir.
“Belə olanda vəziyyət yaxşılaşacaq. Bunun nə qədər çəkəcəyi konkret silah sistemindən asılıdır”, – deyə nazir əlavə edib.
Dekabrda məlum olub ki, ABŞ hökuməti Ukraynaya çatdırılmaq üçün NASAMS hava hücumundan müdafiə sistemlərinin alınması üçün Raytheon ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Mehin Mehmanqızı
Medianews.az