Gürcüstanın Batumi şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
BAKU.WS Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Bildirilir ki, yanğın binanın sonuncu mərtəbəsində yerləşən restoranda qeydə alınıb.
Binanın sakinləri təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Hadisə görüntülərini təqdim edirik: