İspaniya rəsmiləri Barselona yaxınlığında iki qatarın toqquşduğunu və onlarla insanın yaralandığını bildirib.
Medianews.az xəbər verir ki, İspaniyanın Barselona şəhəri yaxınlığında iki qatar toqquşub. İlkin məlumata görə, 70 nəfər xəsarət alıb.
Kataloniyanın fövqəladə hallar xidməti ilkin məlumatlara görə 70 nəfərin yaralandığını açıqlayıb.
Yerli media yaralananlar arasında vəziyyəti ağır olan heç kimin olmadığını açıqlayıb.
Kataloniya hökumətinin Madriddəki nümayəndəsi Ester Kapella İspaniya Milli Radiosuna bildirib ki, səlahiyyətlilər hadisəni araşdırır.
Medianews.az