Müxalif deputat Agnes Hamoyan hakim “Vətəndaş Müqaviləsi” partiyasını son parlament seçkilərində xalqın səsini oğurlamaqda ittiham edib.
Medianews.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Deputat qeyd edib ki, seçkiqabağı vədlərlə hakim qüvvə seçiciləri çaşdırıb, yəni onların səsləri praktiki olaraq oğurlanıb.
“Parlamentə təqdim etdiyiniz sənəddə “öz müqəddəratını təyinetmə” termininin üstündən xətt çəkirsiniz, “Dağlıq Qarabağ Respublikası” ifadəsini qəbul etmirsiniz. Ancaq son parlament seçkiləri zamanı siz seçkiqabağı vədlərinizdə həm öz müqəddəratını təyin etmədən, həm də Ermənistanın “Qarabağın təhlükəsizliyinin qarantı” olmasından danışdınız. İndi isə bütün bunları istisna edirsiniz. Bütün bunlara əsaslanaraq deyə bilərikmi ki, vəd verdiklərinizdən bu gün imtina etdiyiniz üçün seçici səslərini oğurlamısınız?!”
Zəfər