Twitter sosial media platformasının yeni sahibi İlon Mask ABŞ-da yerləşən texnologiya şirkətini bazar gücündən sui-istifadə etməkdə ittiham edərək iPhone istehsalçısı Apple-ı hədəf alıb.
Tvitterdəki yazısında Mask əvvəlcə Apple-ın Amerikada söz azadlığına nifrət edib-etmədiyini soruşub. Mask, “Apple Twitter-də reklamını böyük ölçüdə dayandırıb. Onlar Amerikada söz azadlığına nifrət edirlərmi?” ifadəsini işlədib.
İlon Maskın Twitter-i satın almasının tamamlandığı bildirilir.
Mask Twitter idarə heyətini ləğv edərək özünü “yeganə direktor” kimi qeyd edib.