Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Rusiya-Azərbaycan əməkdaşlığının ticarət-iqtisadi və enerji sahələrində müəyyən məsələləri müzakirə edilib.