Türkiyədə Kahramanmaraşda yaşayan Gülizar Akbulut adlı qadın TikTokda tanış olduğu 15 yaşlı Şahin adlı oğlanla qaçıb.
Medianews.az xəbər verir ki, Gülizar adlı qadının telefonla əlaqə saxladığı canlı yayımda dediyi sözlər isə hər kəsi şoka salıb.
O, qoşulub qaçdığı 15 yaşlı uşağın həddi-büluğa çatdığını və ərindən dah yaxşı olduğunu deyib.
Türkiyənin ATV kanalında yayımlanan Esra Erol verilişində gündəmə gələn hadisə böyük əks-səda doğurub. 23 yaşlı həyat yoldaşının 4 uşağını qoyub Şanlıurfada yaşayan 15 yaşlı oğlanın yanına qaçdığını deyən Hasan Akbulut danışdıqları ilə tamaşaçıları heyrətləndirib.
Gülizar Akbulutun uşaqların ən böyüyünün 5 yaşında olduğu bildirilib və məlum olub ki, uşaqlar həmin gecə evdə tək olublar. Canlı yayım zamanı sərt reaksiyalar ilə qarşılaşan Gülizar “Deyilənlər yalandır. Mən evə qayıtmayacağam. Həyat yoldaşımdan şiddət görürəm”,-deyə bildirib.
Medianews.az