NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynanın Herson şəhərindən çıxma ehtimalı barədə münasibət bildirib.
Medianews.az xəbər verir ki, o, Rusiyanın Hersondan çıxması ilə bağlı bildiriş aldıqlarını qeyd edib.
“Yaxın günlərdə yerdə vəziyyətin necə inkişaf edəcəyini görməliyik. Rusiya çox güclü təzyiq altındadır. Hersonu tərk etsələr, bu, başqa bir şey olacaq, bu, Ukraynanın qələbəsidir”, – o deyib.
Avropanın təhlükəsizliyinin şübhə altına alındığı bir dövr yaşadıqlarını bildirən Stoltenberq “prezident Putin Ukraynaya qarşı amansız və təcavüzkar müharibə aparır. Amma Ukrayna silahlı qüvvələrinin rusları necə dəf etdiyini gördük. Nəticədə torpaqlarını azad etdi. Bu qazanclar Ukraynanın igid əsgərlərinə məxsusdur” -deyə vurğulayıb.
Stoltenberq bu məsələdə NATO müttəfiqlərinin göstərdiyi misilsiz dəstəyin döyüş meydanında fərq yaratdığına da diqqət çəkib.
Yusif Ziya
Medianews