Medianews.az bildirir ki, Müdafiə Nazirliyinin ötən gün verdiyi hesabatda Rusiya artilleriyası digər hədəflərlə yanaşı, Odessa vilayətində hökumət rabitə mərkəzini də məhv edib.
“Odessa vilayətinin Paliyevka qəsəbəsi ərazisində Ukraynanın Hökumət Rabitə Mərkəzinin kosmik rabitə stansiyası dağıdılıb”, – Rusiya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.
Bu obyektlə yanaşı, Rusiya artilleriyasının vurduğu hədəflər arasında DXR ərazisində yerləşən Ukraynanın S-300 hava hücumundan müdafiə sisteminin buraxılış qurğusu, həmçinin batareyaya qarşı döyüş üçün nəzərdə tutulmuş ABŞ istehsalı olan bir neçə radar var.
Nəzrin Vüsal
Medianews.az