Medianews.az saytı xəbər verir ki, pediatr-allerqoloq İlahə Həsənli valideynlərə xəbərdarlıq edib.
Pediatr bildirib ki, havaların soyuması, dərslərin başlaması ilə uşaqlar arasında kəskin respirator virus infeksiyalarının yayılması artır. Qrip infeksiyası müxtəlif ağırlıq dərəcələri ilə keçməklə yanaşı ikincili infeksiya qoşulması ilə pnevmaniya kimi ağırlaşmalara səbəb olur.
Bəs biz uşaqlarımızı necə qorumalıyıq? İlk olaraq qidalanmada meyvə-tərəvəzə üstünlük verilməli, bol maye qəbul edilməlidir. Daha sonra hər hansı vitamin əskikliyi varsa, o bərpa olunmalıdır. Övladınız bağça və ya məktəbdən gəldikdən dərhal sonra əllərini yumalıdır. Ən önəmli isə burun boşluğu Nacl məhlulu ilə yuyulmalıdır. Ev sərin olmalı, övladınızın otağı xüsusilə daim havalandırılmalıdır. Otağın havasının quru olmamasına diqqət edilməlidir.
Körpələr daim sağlam olsun!
Nəzrin Vüsal
Medianews.az