Uqanda prezidentinin oğlu və hərbi komandir Muhuzi Kaibinrugaba İtaliyanın yeni baş naziri olmağa hazırlaşan ifrat sağçı Giorgia Meloniyə Twitter hesabında “100 inək qarşılığında” evlənmə təklifi edib.
Medianews.az xəbər verir ki, Uqanda prezidenti bu tvitlərindən sonra oğlunu işdən çıxarıb.
Kaibinrugaba yazıb ki, nikahı təşkil etməyi dostu, Uqandanın İtaliyadakı səfiri Mali Matsantiyə tapşırıb.
Kainerugaba başqa bir tvitində “Düşünürəm ki, Romadan başlamalıyam, amma gömrükdən 100 inəyi necə keçirəcəyəm”,-deyə bildirib. Daha sonradan sildiyi bir tvitində isə Kainerugaba İtaliyanı işğal etməklə hədələyib.
Uqanda prezidenti Yoweri Museveni yayılan tvitlərindən sonra oğlunu vəzifəsindən azad edib.
Medianews.az