Özbəkistanın Səmərqənd şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər taxıl sazişi və ikitərəfli iqtisadi məsələləri müzakirə etmək niyyətindədirlər.
Bundan əvvəl Türkiyə Prezidenti Vladimir Putinin onu Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirak etməyə dəvət etdiyini bildirmişdi.