“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Səmərqənddə danışıqlar aparacaq”.
Bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.
Liderlərin görüş zamanı Ukraynadan taxıl daşınması məsələsini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti sentyabrın 15-16-sı keçiriləcək.