Müğənni Dilarə Kazımova “Özəl” verilişinə qonaq olub.
Medianews.az xəbər verir ki, proqram zamanı ifaçı atasının vəfatından danışıb. Dilarə atasə rəhmətə gedəndə 12 yaşı olduğunu qeyd edib:
“Ailədə biz iki uşaq olmuşuq: bacım və mən. Atam 12 yaşım olanda vəfat edib. O zamanlar stress məni məhv etdi. Sonra anladım ki, həyat davam edir, hər şeyə rəğmən davam etmək lazımdır”.
Sənətçi babasının aktyor olduğunu açıqlayıb. Aparıcı Kazım Sübhan isə Dilarənin babası Dadaş Kazımovun “Təhminə” filmində “Məmmədnəsir” obrazını canlandırdığını bildirib.
Qeyd edək ki, Dadaş Kazımov 1923-cü il noyabrın 25-də doğulub. Əsasən epizodik rollarda çəkilən aktyor “Axırıncı aşırım”, “İstintaq”, “Şirbalanın məhəbbəti” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. O, 1992-ci ildə infarktdan vəfat edib.