Finlandiyanın 36 yaşlı baş naziri Sanna Marin qatıldığı festivallar və geyindiyi paltarlarla hər zaman gündəm olur.
Medianews.az xəbər verir ki, baş nazirin ziyafətdə çəkilmiş yeni görüntüləri ortaya çıxıb.
Qeyd edək ki, bir neçə gün əvvəl 36 yaşlı Sanna Marin Helsinkidə keçirilən “Flow” Festivalında çəkdirdiyi fotolarla müzakirələrə səbə olmuşdu. Marinin festivalda geyindiyi paltarın 8 avroya bazardan alması da ayrı gündəm mövzusu olub.
Sözügedən yeni videoda Marinin bir qrup dostları ilə ziyafətə qatıldığı, spirtli içki qəbul etdiyi və rəqs etdiyi görünür.
Sanna Marinin mediayaya sızdırılmış rəqs görüntülərinin harada və nə vaxt çəkildiyi məlum deyil. Lakin baş nazirin videosu sosial medianı iki yerə bölüb.
Sözügedən görüntüləri təqdim edirik:
Medianews.az