Cənubi Amerika ölkəsi Paraqvayda senator Zulma Qomezin cəsədi göldə tapılıb.
Medianews.az xəbər verir ki, gölə düşməsi nəticəsində başını bərk qayaya vuraraq həyatını itirdiyi iddia edilən Qomezin ölümü ilə bağlı hərtərəfli araşdırma aparılır.
Paraqvay mətbuatında yer alan xəbərə görə, onun cəsədi ölkənin cənub-şərqindəki Alto Parana bölgəsindəki Acaray gölündə tapılıb. Müayinədən sonra cəsədin 61 yaşlı senator Qomezə aid olduğu məlum olub.
Prokurorluqdan verilən açıqlamada Qomezin ölümündə qətl riskinin olub-olmadığını müəyyən etmək üçün hərtərəfli istintaqın aparıldığı bildirilib. Qomezin gölə düşməsi nəticəsində başını sərt qayaya vuraraq həyatını itirdiyi iddiaları olsa da, hadisə şahidi olan Qomezin nəvəsi nənəsinin gölə düşdüyünü görmədiyini bildirib.
Medianews.az