Almaniyanın xarici işlər naziri Annalena Baerbok Türkiyəyə səfərindən əvvəl baş nazir Kiriakos Mitsotakis, sonra isə yunan həmkarı Nikos Dendias ilə görüşüb.
Medianews.az xəbər verir ki, Baerbok, Türkiyə ilə Yunanıstan arasında son zamanlar artan gərginliyə toxunaraq, “NATO ölkələri problemlərini dialoq yolu ilə həll etməlidirlər” deyib. NATO daxilində münaqişənin məhz Rusiyanın istədiyi kimi olduğunu qeyd edən alman nazir Türkiyəyə səfəri zamanı da eyni mesajı təkrarlayacağını bildirib.
Yunanıstanın xarici işlər naziri Dendias Almaniyanın Türkiyəyə U-214 sinifli sualtı qayıqları satmasına qarşı olduqlarını və bunun Şərqi Aralıq dənizində güc balansını Türkiyənin xeyrinə dəyişəcəyini bildirib.
Baerbok, səfərdən əvvəl verdiyi açıqlamada, “Türkiyə bizim üçün əvəzolunmaz tərəfdaşdır və bizimlə digər ölkələrdən daha çox bağlı olan bir ölkədir. Milyonlarla insanın ürəyi ölkələrimiz üçün döyünür. Buna görə də mənim üçün vacibdir ki, daha çox siyasi olaraq ayrılmayaq.
Hər yaxın münasibətdə olduğu kimi, açıq danışacağıq: Qara dənizdə milyonlarla insan üçün ümid işığı olan Türkiyənin vasitəçiliyindən danışacağıq, NATO-da ortaq planlamadan danışacağıq”, – deyə bildirib.
Leyla, Medianews.az