Əfqan əsilli məşhur amerikalı yazıçı Xalid Hüseyni oğlu Harisin cinsiyyətini dəyişdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə yazıçı instaqram hesabında yazıb. O, ötən ildən bəri Harisin bu addımı atarkən keçdiyi çətinlikləri izlədiyini bildirib:
“Keçid emosional, fiziki, sosial, psixoloji cəhətdən çox mürəkkəb idi, lakin Haris hər bir çətinliyi səbir və müdrikliklə qarşıladı. Ata kimi heç vaxt onunla bu qədər fəxr etməmişdim. İndi bir yox, iki gözəl qızım olduğu üçün şadam. Ən çox da Harisin qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. O, mənə və ailəmizə cəsarət, həqiqət haqqında çox şey öyrətdi. Əsl yaşamağın nə demək olduğu haqqında. Bilirəm ki, bu proses onun üçün ağrılı, kədər və narahatlıqla dolu idi. O, transların hər gün məruz qaldığı qəddarlığa bələddir. Ancaq o, güclü və qorxmazdır.
Qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam. Biz onun arxasındayıq. Onun dünyaya gözəl, müdrik və parlaq qadın kimi daxil olmasını izləmək bir imtiyazdır. Allah onu qorusun”.
Qeyd edək ki, X.Hüseyninin Harisdən başqa Fərəh adlı qızı da var.