Bu ilin sonuna ümumi daxili məhsulun nominal ifadədə 115,4 milyard manata, real artım sürətinin 5,5 faizə, o cümlədən qeyri-neft ÜDM-nin nominal ifadədə 65,7 milyard manata qədər artacağı proqnozlaşdırılır.
Medianews.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, həmin dövr ərzində orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Medianews.az