Medianews.az xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə vasitəsi ilə valideynlərə müraciət edib.
O, intihara cəhd edən yeniyetmələrin səbəbkarı onların valideynləri olduğunu vurğulayıb:
“Universitetə hazırlaşan şagirdlərin valideynlərinin əksəriyyəti uşaqlarının üstünə düşürlər. Niyə yüksək bal toplamadın? – deyərək psixoloji təzyiq göstərirlər. Ancaq bir soruşmurlar ki, özünü necə hiss edirsən? Əl çəkin, bu uşaqların canından. Onlar gecə- gündüz repetitor yanına gedirlər, çalışırlar, oxuyurlar. Bəli, təhsil dalınca getmək lazımdır, hər kəs övladının gələcəyini düşünməlidir.
Əgər övlad az bal toplayıb, valideynin gözləntisi o verməyibsə onun üstünə bu qədər gəlmək olarmı? Bu uşaqlar da çarəni intiharda görürlər. Dəyərmi əziz valideynlər? Dayanın artıq. Uşaqların üstünə bu qədər getməməliyik. Bu qədər də olmaz”.
Zərif Ülvizadə
Medianews.az