Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycan Xankəndidə yaşayan Arutyunyanı niyə tutmur?

XƏYALƏ
08/06/2022 17:42
A A
38
BAXIŞ
FacebookTwitterTelegram

2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı beynəlxalq axtarışa vermişdi.

Bundan əvvəl isə, 2020-ci il oktyabrın əvvəllərində Azərbaycan Arutyunyan barəsində cinayət işi açmışdı.

2022-ci ilin fevralında Azərbaycan Baş Prokurorluğu Arutyunyanın qısa müddətdə istintaqa təhvil veriləcəyini bildirsə də, bu, reallaşmamış qalır.

Arayik Arutyunyan hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində – Xankəndidə – yaşayır və separatçılıq fəaliyyətini davam etdirir.

Medianews xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Oxu.Az-a açıqlamasında Arutyunyanın tutulmamasının səbəbləri barədə danışıb.

Millət vəkili hesab edir ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarət zonasında olan ərazilərdə tamhüquqlu suverenliyini bərpa etdikdən sonra hədəflərinə tam çatacaq.

“Bu, reallıqdır ki, Xankəndidə, Xocalıda məhdud sayda erməni millətinə mənsub olanlar yaşayırlar. Onların bir hissəsi 2020-ci ilin sentyabrın 27-nə qədər xam xəyallara qapılmış, həmin dövrə qədər özləri üçün “idarəetmə üsulu” yaratmışdılar”, – deyə Zahid Oruc münaqişə dövrünə ekskurs edib.

Deputat bildirib ki, separatçılar 30 ildə dünyada tanına bilmədilər, Ermənistan özü də həmin tanınmadan imtina etdi.

“İndi Azərbaycan Ermənistanı məğlub edib, Cənubi Qafqazda yeni reallıq yaradıb. Belə olan şəraitdə, yəni onlar məğlubiyyət dövründə özlərini beynəlxalq aləmə siyasi subyekt kimi necə tanıda biləcəklər?!

Azərbaycan Arayik Arutyunyanı axtarışa versə də, biz bir məsələdə – onlara üsyan qaldırmış, Azərbaycanın konstitusion quruluşuna və suverenliyinə zidd hərəkətlərə yol vermiş insanlar kimi baxanda bəsit yanaşmış oluruq”, – deyə deputat əlavə edib.

İnsan hüquqları komitəsinin sədri Türkiyə təcrübəsi ilə müqayisə aparıb.

“Türkiyədə PKK problemi qalır, Ankara milyardlarla vəsait yönəldir ki, PKK terrorçularını cəzalandırsın. Amma PKK-çı kürdlər belə, Türkiyə dövlətinin onlara verdiyi vətəndaşlıq hüququndan bəhrələnirlər, hətta onlar parlamentdə də özlərinə yer qazana biliblər.

Biz həmin insanların Türkiyə cəmiyyətinə inteqrasiyasını görürük. Bununla bərabər, separatizm müstəvisində problemlər qalır. Bu paraleldən istifadə edərək demək istəyirəm ki, Azərbaycanın qələbəsinə kölgə salmaq istəyənlərin mövqeyini, hiddətini, yanaşmasını qəbul etmirəm”.

Zahid Orucun fikrincə, Arayik Arutyunyanın həbsi zaman məsələsidir.

“Azərbaycan, onsuz da, əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar. Onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil. Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır.

Rəsmi İrəvan özü də Arayikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də “Dağlıq Qarabağ Respublikası” sözü çıxmır”, – deyə Zahid Oruc söyləyib.

Parlamentarinin sözlərinə görə, Azərbaycan postmünaqişə dövründə yerdə qalan məsələlərin həllini xoşməramlı diplomatik-siyasi, xüsusilə də iqtisadi vasitələrlə axtarır.

“Qarabağdakı separatçıların “başbilənləri” deyirlər ki, Azərbaycan Qarabağın coğrafi mühitini ciddi şəkildə dəyişdirir. Bununla da həmin separatçılar infrastrukturun mühasirəsinə düşdüklərini elan edirlər.

Bu tezislər, bu epitetlər Azərbaycan mediasında qabardılmalıdır. Azərbaycanın postmünaqişə dövründə atdığı hər addımı ermənilər və Ermənistan 44 günlük müharibənin davamı kimi qəbul edirlər.

Azərbaycan Xankəndidə də, Xocalıda da mütləq nəzarəti bərpa edəcək. Bu baxımdan Azərbaycanın axtarışa verdiyi şəxsləri dərhal hərbi əməliyyatla tutub ədalət qarşısına çıxarmaq indiki şəraitdə məsələnin həlli olmayacaq”, – Zahid Oruc fikrini belə yekunlaşdırıb.

DAHA ÇOX OXU

1-MANŞET

Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO

02/07/2022
1-MANŞET

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

02/07/2022
1-MANŞET

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

02/07/2022
1-MANŞET

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

02/07/2022
1-MANŞET

Avropa Kosmik Agentliyi: “2021 QM1” Yerə çarpmayacaq

02/07/2022
1-MANŞET

Conson Odessanın fəxri vətəndaşı oldu

02/07/2022
SON XƏBƏR

Bakı Banklararsı Valyuta Birjası ləğv olunub

Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub, yaralanan var

Ermənistanın təxribatçı addımı normallaşma prosesində səmimi olmadığını nümayiş etdirir - XİN

Xəbər lenti

Analarının sevgilisi tərəfindən döyülən uşaqlar: Qoluna siqaret basıbmış… – VİDEO

2022/07/02 14:40

Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI – SİYAHI

2022/07/02 14:29

Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO

2022/07/02 14:18

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 14:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 13:56

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 13:45

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 13:34

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 13:23

Zaur tamaşaçılarla sağollaşdı

2022/07/02 13:17

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 13:11

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

2022/07/02 13:05

Avropa Kosmik Agentliyi: “2021 QM1” Yerə çarpmayacaq

2022/07/02 12:59

Şuşada Polis Günü qeyd olunub

2022/07/02 12:47

Pensiya yaşı tamam olan şəxslərin nəzərinə – NAZİRDƏN AÇIQLAMA

2022/07/02 12:37

Sabah Bakıda hava yağmursuz olacaq

2022/07/02 12:03

Bu bürclərə etibar etmək olmaz! – Ən çox yalan danışanlardır

2022/07/02 11:39

Anası Mahir Emreli ilə görüntülərini paylaşıb, onu təbrik etdi – FOTO

2022/07/02 10:25

Britniyə görə Baydenlə görüşdən imtina etdi

2022/07/02 10:14

Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: “Səni deşərəm” deyib, hücum etdi

2022/07/02 10:12

Rusiyada güclü zəlzələ baş verib

2022/07/02 10:12

ABŞ geri çəkildi, Türkiyəyə güzəştə getdi: Kreml-Ankara qarşıdurması yaranır

2022/07/02 10:11

Ukrayna İlan adasını “təmizləməyə” davam edir: Rusiyanın çoxlu texnikası məhv edilib…

2022/07/02 10:10

Arazın o tayından gələn qonağı efirdən qovanın cəzası nədir?

2022/07/02 10:09

Conson Odessanın fəxri vətəndaşı oldu

2022/07/02 10:07

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.