Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bəşəriyyət ərzaq böhranı ilə üz-üzə

ZARA
06/06/2022 07:17
A A
11
BAXIŞ
FacebookTwitterTelegram

Dünya Bankının hesabatına görə, ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşması 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkəyə zərər vurub. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi bağları olan ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək.

Üç aydan artıqdır ki, davam edən Ukrayna – Rusiya müharibəsi hər iki xalqa ölüm və fəlakət gətirməklə yanaşı, kəskin iqtisadi, siyasi problemlərə, ərzaq böhranı və yoxsulluğa səbəb olub. Və bu problem regionu deyil, bütün dünyanı əhatə etməkdədir. Əksər ekspert və analitik mərkəzlərin gəldiyi qənaət budur ki, müharibə uzanacağı təqdirdə, kənd təsərrüfatı istehsalı azalacaq və nəticədə ərzaq böhranı baş verəcək.

Artıq BMT və Avropa İttifaqı və digər qurumlar xəbərdarlıq edib ki, müharibə Yaxın Şərq və Afrikada ərzaq böhranı yarada bilər. Səbəb də odur ki, Misir, Livan, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla, bir çox ölkə buğdanın təxminən yarısını Ukrayna və Rusiyadan alır. Tək bir faktı deyək ki, Ukraynanı Avropanın “çörək səbəti” adlandırırlar. Ukrayna ərazisinin 70 faizi münbit torpaqlardan ibarətdir və onun 32 milyon hektar əkin sahəsi var. Bu nisbət də bütün Avropanın əkin sahələrinin 1/3 hissəsinə bərabərdir. Rusiya Ukrayna limanlarını bağlayır, demək olar ki, tamamilə idxaldan asılı olan Misir kimi ölkələrdə sürətlə defisit yaradır və qiymət artımına səbəb olur. Məsələn, Ukrayna buğdasını dünyanın ən böyük idxalçıları Misir (3,4 milyon ton), İndoneziya (2,8 milyon ton), Türkiyə (1,6 milyon ton), Pakistan (1,4 milyon ton) və Mərakeş (1 milyon ton) alır. Çin kimi dövlət Ukraynadan 8 milyon ton qarğıdalı alır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2022-ci ildə Ukraynada taxıl yarıbayarı azalacaq. Nəticədə, Ukraynadan taxıl ixracı 24 milyon ton azalacaq ki, bunun da 10 milyon tonu buğda olacaq.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Pivə də bahalaşırsa…

Taxılın dünya qiyməti 50 faiz artıb və rekord həddə yaxınlaşır. Qarğıdalı 32, soya 26 faiz bahalaşıb. Bundan əlavə, enerji resursları da bahalaşır. Enerji resurslarının qıtlığı isə öz növbəsində təbii qazın istehsalında istifadə olunan avadanlıqların bahalaşması səbəbindən ərzaq inflyasiyasını sürətləndirir. Ərzaq, yanacaq və gübrə qiymətləri qalxır, tədarük zəncirləri pozulur. İş o yerə çatıb ki, pivənin də qiymətinin artacağı bildirilir. Çexiyada yerli pivə istehsalçıları iyunun əvvəlindən pivə qiymətlərində 10 faiz artım vəd edir. Çexiyanın əsas ixrac məhsullarından biri olan pivənin qiymətinin artmasının əsas səbəblərindən biri həm də səməni və mayaotunun bahalaşmasıdır.

“Taxıl OPEC”i yaradılır?

Belə bir durumda Aİ bəyan edib ki, Rusiyanın tarlaları bombalaması, buğda dolu gəmilərə limanlardan çıxmağa imkan verməməsi ölkə sərhədlərindən kənara təhdid yaradır. Bu, həm də qlobal iqtisadiyyatın koronavirus pandemiyasından sonra dirçəlməyə çalışdığı bir məqamda baş verir. Rəsmi Kiyev isə çıxış yolunu dünyanın əsas taxıl ixracatçılarının – ABŞ, Kanada, Braziliya, Argentina, Ukrayna və Aİ-nin taxıl ixrac edən ölkələrinin təşkilatını yaratmaqda görür. Hazırda “Taxıl OPEC”inin yaradılması ilə bağlı danışıqlar aparılır. “Biz istəyirik ki, dünyanın əsas taxıl ixracatçıları – ABŞ, Kanada, Braziliya, Argentina, Ukrayna, Aİ – dünya bazarında öz maraqlarını qorumaq üçün birləşsin” – deyə Ukrayna kənd təsərrüfatı siyasəti nazirinin müşaviri Markian Dmitraseviç bəyan edib. “Rusiya qlobal buğda bazarına nəzarəti ələ keçirib və Qərbi Ukrayna ətrafında saxta taxıl böhranı yaratmaqda ittiham edir”, – deyə “Times” yazır: “Putinin 2024-cü ildə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracını 50 faiz artırmaq göstərişi yerinə yetiriləcək. Putin müharibəyə başlayanda Ukraynanı tezliklə tutacağını və Qərbi parçalayacağını düşünürdü. Lakin indiyə qədər onun ən böyük qələbəsi, əminliklə demək olar ki, buğdada olub. Rusiyanın Qara dənizdəki limanları blokadaya alması iqtisadiyyata böyük zərbə vurub. 20 milyon tondan çox buğda Ukrayna ticarət gəmilərində çürüyür. Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya qlobal taxıl bazarındakı kəsiri öz məhsulunu daha yüksək qiymətə satmaqla doldurmaqdan çox məmnundur”.

Rusiyanı dayandırmaq üçün 3 prioritet

Öz növbəsində Ukraynanın keçmiş baş naziri Vladimir Qroysman hesab edir ki, bu gün Putin qlobal aclığa səbəb olan əsas fiqurdur. Fikrini də belə əsaslandırır: “Hər il Ukrayna 80 milyon tona yaxın taxıl istehsal edir. Ukraynanın, təxminən 20 milyon ton taxıla ehtiyacı var. Qalanını ixrac edir. Bu, demək olar ki, 500 milyon insan üçün kifayət idi. Deməli, bundan sonra da problemlər olacaq və nəticələr təkcə Ukraynaya deyil, həm də digər ölkələrə də təsir edəcək”. Siyasətçi vurğulayıb ki, Putini hər vasitə ilə dayandırmaq demokratik dünyanın prioritetidir. “Bizim üç prioritetimiz var: Rusiyanın hərbi potensialını məhv etmək, Rusiya iqtisadiyyatını nokauta salmaq, üçüncü, ölkələrdən istənilən yardımı dayandırmaq. Bu, demokratik dünyanın bütün ölkələrinə Putin rejimini məhv etməyə imkan verəcək”, – siyasətçi vurğulayıb.

Böhran kasıb ölkələrdə iğtişaşlara səbəb ola bilər

Ukraynada müharibənin yaratdığı və ya şiddətləndirdiyi ərzaq, yanacaq, maliyyə böhranları daha kasıb ölkələrdə iğtişaşlara səbəb ola bilər. Həmçinin hazırkı vəziyyət 70-dən çox ölkədə defolta səbəb olmaq təhlükəsi yaradır. Dünya Bankının hesabatına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda iqtisadi tənəzzülün dəqiq miqyası müharibənin müddətindən və intensivliyindən asılı olacaq. Xatırladaq ki, Ukraynada yoxsulluğun 1,8 faizdən 19,8 faizə qədər yüksələ biləcəyinə dair proqnozlar da var. Ümumilikdə iqtisadi qurumlar ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşmasına görə 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkənin zərər çəkdiyini bildirib. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi-ticari bağları olan ölkələr, özəlliklə də qonşu ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək. Ərzaq və yanacaq qiymətlərinin bahalaşması Afrikada, Cənubi Amerikada, Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sosial gərginliyə, siyasi sabitliyin pozulmasına, bəzi ölkələrdə isə aclığa səbəb ola bilər.

DAHA ÇOX OXU

İqtisadiyyat

Mərkəzi Bank dollarla bağlı açıqlama yaydı

01/07/2022
İqtisadiyyat

Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə! – VİDEO

01/07/2022
İqtisadiyyat

Rubl kəskin bahalaşdı

30/06/2022
1-MANŞET

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq

30/06/2022
İqtisadiyyat

Fitch: Qərbin Rusiya qazını kompensasiya etməsi üç ildən çox vaxt lazım olacaq

29/06/2022
İqtisadiyyat

Mikayıl Cabbarov: “Mikro, kiçik və orta müəssisələrin iqtisadiyyatımızın güclənməsində mühüm rolu var”

27/06/2022
SON XƏBƏR

Nigeriyada katolik kilsəsində güclü partlayış: Çox sayda ölən və yaralananlar var - VİDEO

Türkiyədə saxlanılan Moldova təyyarəsi Kişinyova qayıdır

Çavuşoğlu Ceyhun Bayramovla birgə Türkiyə yığmasının oyununu izləyib - VİDEO

Xəbər lenti

Britaniya Qran-Prisi: Kütləvi qəza, etiraz aksiyası və Saynsın ilk qələbəsi – VİDEO

2022/07/04 07:17

Şolts: “Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

2022/07/04 07:00

72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

2022/07/04 06:07

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib – VİDEO

2022/07/04 05:37

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.