Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderlərini bir araya gətirəcək Fövqəladə Liderlər Zirvəsi işə başlayıb.
Medianews.az xəbər verir ki, Avropa Şurasının sədri Çarlz Mişelin başçılıq etdiyi 2 günlük sammitdən əvvəl Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa Birliyinin (AB) Rusiya neftinə embarqosunu ehtiva edən 6-cı sanksiya paketi ilə bağlı açıqlama verib.
Leyen, Aİ ölkələrinin ilin sonuna qədər Rusiyadan alınan neftin miqdarını 90 faiz azaltmağa razılaşdıqlarını açıqlayıb.
Macarıstanın Baş naziri Viktor Orban, AB-nin Fövqəladə Liderlər Zirvə Toplantısı öncəsi jurnalistlərə açıqlamasında, Avropa Komissiyasının Rusiya neftinə embarqonu idarə etmə tərzini tənqid edərək, üzv ölkələr üçün qanunlar hazırlayan Komissiyanın üzv ölkələrlə embarqo ilə bağlı danışıqlar aparmadığını bildirib.
Neft qadağasının Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı sualları cavablandırmadan birdən-birə ortaya çıxdığını qeyd edən Orban, “enerji ciddi bir məsələdir, həll yolu, sonra sanksiyalar lazımdır” deyib.
O bildirib ki, Rusiya neftinə qarşı embarqo dalanını aradan qaldırmaq üçün Avropa Komissiyası bu qadağanın yalnız tankerlər vasitəsilə Aİ-yə gətirilən Rusiya neftinə şamil edilməsini və Macarıstan, Slovakiya və Çexiyaya Rusiya neftini Rusiya Drujba Boru Kəməri vasitəsilə almağa davam etməyi tövsiyə edir.
“Rusiya neftini başqa mənbələrdən almaq hüququmuz olduğuna dair zəmanətə ehtiyacımız var”, – deyə Orban bildirib.
Leyla, Medianews.az