“Bizim də ürəyimizdə yara olan Qarabağ eyni zamanda qardaşlığımızın zirvəsidir”.
BAKU.WS xəbər verir ki, bu sözləri Bakıda “Texnofest-Azərbaycan” festivalında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuq Bayraktar çıxış zamanı deyib.
“1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir. Qarabağı yenidən vətən torpağı edən, zəfərin əsas memarı olan əziz şəhidlərimizi bir daha hüzurlarınızda yad etmək istəyirəm. Ruhları şad olsun”, – deyə Bayraktar bildirib.