ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, görüşündə “Cənubi Qafqazda sülhə doğru müsbət təkan” məsələsi müzakirə edilib.
ABŞ Dövlət Departamenti Blinken və Paşinyan arasında telefon danışığı zamanı bölgədəki son hadisələrin hərtərəfli qiymətləndirildiyini açıqlayıb.
Ermənistan və Azərbaycan arasında dialoqun davam etdirilməsinin vacibliyinə toxunan Blinken Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində müsbət dinamikadan da məmnun olduqlarını bildirib.
Blinken Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin bölgənin sülhü, sabitliyi və rifahı üçün əhəmiyyətinə də diqqət çəkib.
Medianews.az