Bazar, 3 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Deputat Nazirliyi tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı…”

XƏYALƏ
17/05/2022 15:32
A A
84
BAXIŞ
FacebookTwitterTelegram

“Bunun adına gözdən pərdə asmaq deyirlər. İslahat keçirə bilmirsən, hər hansı bir şəkildə mədəniyyət sahəsində problemləri həll etmə qabiliyyəti ortaya qoya bilmirsən, baxırsan neyləyəsən, başlayırsan insanlara deməyə ki, dar geyinmə, dar şalvar geyinmə, “yupka”nı dizdən bu qədər aşağı sal, yaxud boya vurma. Elə bu boya-filan, bunlar mədəniyyət sahəsinə aid məsələlərdir. Bununla gündəlik həyatda kimdir ki, çox aludə olan?”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa Mədəniyyət Nazirliyinin müəyyən etdiyi bir sıra qadağalara münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bu cür qadağalar gözdən pərdə asmaq üçündür:

“Ona görə də bu sahədə hər hansı iş görməməyi, islahat aparmamağı pərdələmək üçün guya bir yeniliklər tətbiq olunur. Sən bu yenilikdənsə, binaları təmir elə, mədəniyyət evlərinin normal iş rejimini yarat, insanlara əlçatan musiqi məktəbləri yarat, şahmat məktəbləri yarat, rəqs dərnəkləri yarat, müxtəlif özəl mədəniyyət müəssisələrinin inkişafına köməklik göstər ki, əlçatan olsun, xidmət keyfiyyətli olsun. İnsanlar uşaq vaxtında bunlara alışsınlar, müəyyən vərdişlər əldə etsinlər, daha mədəni bir mühitin insanına çevrilsinlər. Bakıda gecəqondulaşma mühiti daha çox genişləndiyinə görə, elə yerlər var ki, hansısa bir musiqi təhsili almaq imkanı yoxdur. Məktəblərin vəziyyəti acınacaqlıdır, infrastrukturu çökmüş vəziyyətdədir. Məktəblərin təmirini həyata keçirmək lazımdır. Mən yaşadığım bu boyda Zabratda bir musiqi məktəbi yoxdur. Faciədir. Yüz minə yaxın əhali var, musiqi məktəbi yoxdur. Çökürdü, köçürdülər Maştağaya, indi buradan bir uşaq gedib Maştağada təhsil almalıdır? Bundan böyük biabırçılıq varmı? Adamları qəbul edib dinləmək lazımdır, mədəniyyət işçiləri bizə müraciət edir ki, onları qəbul edən yoxdur”.

F. Mustafa qeyd edib ki, insanların geyiminə qarışmaq olmaz:

“Açığı, bu məsələlər gülməli görünür, kimsə dar geyindi, bütöv geyindi mənə nə dəxli var? Mənə keyfiyyətli xidmət lazımdır. Məktəbdə keyfiyyətli tədris həyata keçirmək lazımdır. İstedadlı mədəniyyət xadimlərinin inkişafına dəstək vermək lazımdır. Opera, baletin inkişafına təminat vermək lazımdır. Uşaq teatr şəbəkəsini gücləndirmək lazımdır. Bu məsələlər üzərində daha çox düşünmək lazımdır. Mədəniyyətin təbliği, mədəni vərdişlərin cəmiyyətə aşılanması lazımdır. Yoxsa kimsə şalvar geyinəcək, “yupka” geyinəcək mənə nə dəxli, bu, işdirmi? Kimsə dodağına boya çəkəcək, ya çəkməyəcək, mənə nə dəxli var? Biz buna niyə qarışmalıyıq? Bu cür absurd məsələlərlə baş qatmaq olmaz. Mədəniyyətimiz çökür”.

Deputat həmçinin bildirib ki, əsl sənət adamlarına dəstək vermək lazımdır:

“Mən baxıram, Prezident təqaüdü verilən insanların içərisində ən dəyərli sənət adamlarını görə bilmirəm. Mənə müraciət edirlər, ürəyim ağrıyır. Heç bir köməklik göstərə bilmirsən, çünki siyahıya düşə bilmirlər. Bu, necə ola bilər? Neçə ilin fortepiano ustası, neçə il ansamblda olan adam təqaüdə düşə bilmir. Bunun üzərində düşünmək lazımdır. Oradakı tanışlığı, dostluğu, himayədarlığı yığışdırmaq lazımdır. Əsl sənət adamlarına dəstək vermək lazımdır. Adların verilməsində çəki-düzən yaratmaq lazımdır”.

DAHA ÇOX OXU

Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
Analiz

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

03/07/2022
1-MANŞET

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

03/07/2022
1-MANŞET

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

03/07/2022
Cəmiyyət

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir – VİDEO

03/07/2022
1-MANŞET

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

02/07/2022
SON XƏBƏR

Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi - VİDEO

“Niyam mənə sevgili kimi görünməyi təklif edib” - Səidə Sultan

Xankəndini boşaltmalı olacağıq - Akopyan

Xəbər lenti

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/03 08:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/03 08:02

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/03 07:56

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/03 07:50

İstanbulda gəmi estakada ilə toqquşdu: Yaralananlar var – VİDEO

2022/07/03 07:44

Rusiyalı gənc hərbi komissarlığa kərpiclə hücum etdi

2022/07/03 07:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.